Zalujnı istefaya göndərildi: Zelenski orduya yeni baş komandan təyin etdi
2024-02-08 22:07:50
Ukrayna prezidenti Volodimir Zelenski Aleksandr Sırskini Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı təyin edib.
Bu barədə Zelenski "Telegram" kanalında yayımladığı videomüraciətdə bildirib
"Mən general-polkovnik Sırskini Ukrayna Silahlı Qüvvələrinin baş komandanı təyin etdim”, - deyə, o bildirib.
Sırski Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarına komandanlıq edib.
Qeyd edək ki, fevralın 8-də Ukrayna Silahlı Qüvvələrinin rəhbərliyinin dəyişdirilməsi ilə bağlı qərar qəbul edilib.
Ukrayna Silahlı Qüvvələrinin ali baş komandanı Valeri Zalujnının istefaya göndərilib.\\Qaynarinfo.Az