📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zalujnı yaralanıb, ağır vəziyyətdədir - Rudenko

2023-05-20 22:46:00

Zalujnı yaralanıb, ağır vəziyyətdədir - Rudenko

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı xəstəxanada ağır vəziyyətdədir.

Bu barədə hərbi müxbir Andrey Rudenko bildirib.

Qeyd olunur ki, Zalujni bundan əvvəl müxtəlif tədbirlərdə müntəzəm olaraq çıxış edib, açıqlamalar versə də, mayın 8-də media məkanında görünməyib.

“Ukrayna Silahlı Qüvvələrinin rəhbərliyindəki mənbəmizdən əldə etdiyimiz məlumata görə, general Zalujnı sağdır, lakin o, əsas hərbi klinik xəstəxanada ağır vəziyyətdədir. Xarici ekspertlərin iştirakı ilə həyatı uğrunda mübarizəni davam etdirir", - Rudenko yazıb.

Onun sözlərinə görə, Zauljnı mayın 8-də Dnepropetrovsk vilayətində Ukrayna Silahlı Qüvvələrinin Şərq qrupunun komanda məntəqələrindən birinə səfəri zamanı ağır yaralanıb. Hərbçilər arasında panikanın qarşısını almaq üçün məlumatlar gizlədilir.\\Publika.az