📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zalujnının müşavirə otağında dinləmə cihazı tapıldı – Təhlükəsizlik Xidməti məlumat yaydı

2023-12-18 11:56:03

Zalujnının müşavirə otağında dinləmə cihazı tapıldı – Təhlükəsizlik Xidməti məlumat yaydı

Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Zalujnının iş otaqlarından birində dinləmə qurğusu aşkar edilib.

Hurriyyet.az xəbər verir ki, bunu “Ukrainskaya Pravda” nəşri hərbi dairələrdəki mənbələrə istinadla yazıb.

Məlumata görə, cihaz ötən gün keçirilən yoxlama zamanı tapılıb. Xəbərdə Zalujnının əməkdaşlarının iş yerlərində də dinləmə cihazlarının tapıldığı bildirilir.

Artıq Ukrayna Təhlükəsizlik Xidməti general Zalujnının iş yerlərindən birində texniki qurğunun aşkarlanması ilə bağlı cinayət işi açıb. İdarənin bununla bağlı bəyantında deyilir ki, faktla bağlı Ukrayna Cinayət Məcəlləsinin 359-cu maddəsinin 2-ci hissəsi (qanunsuz olaraq məlumat əldə etmə, satma və ya xüsusi texniki məlumat əldə etmə vasitələrindən istifadə) ilə iş başlanıb: "Vurğulayırıq ki, avadanlıq birbaşa Valeri Zalujninin ofisində deyil, gələcəkdə iş üçün istifadə edə biləcəyi binalardan birində tapılıb".

İlkin məlumatlara görə, aşkarlanan qurğu işlək vəziyyətdə olmayıb. Məlumatların saxlanması üçün heç bir vasitə və ya səs yazılarının uzaqdan ötürülməsi vasitələri aşkar edilməyib.

AzPolitika.info