📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zaporojyedə güclü partlayış oldu

2023-03-21 14:49:00

Zaporojyedə güclü partlayış oldu

Ukraynanın Zaporojye şəhərində güclü partlayış baş verib.

Hurriyyet.az xəbər verir ki, bu barədə məlumatı “Biz Rusiya ilə birlikdəyik” hərəkatının sədri Vladimir Roqov açıqlayıb.

Onun sözlərinə görə, partlayış hazırda Ukraynanın nəzarətində olan hissədə qeydə alınıb. 

Xatırladaq ki, Rusiya hazırda davam edən müharibə zamanı Ukraynanın Zaporojye vilayətini ilhaq edib.