📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zaqatala dağlarında itən turist danışdı: "Qarşımıza ayı çıxdı" - VİDEO

2023-07-25 23:56:00

Zaqatala dağlarında itən turist danışdı:

İyulun 23-ü səyahət məqsədilə Zaqatala rayonunda dağlıq-meşəlik ərazidə yolu azan və köməksiz vəziyyətdə qalan 2 nəfər - Əli Əlizadə və Əbdül Rzayev dağlıq ərazidən təxliyə olunublar. Artıq Bakıya qayıdan Əbdül Rzayev yaşadıqları o qorxunc iki gündən Apa tv-ə danışıb.

Gecələdikləri dərədə ayı gordüklərini bildirən müsahibimiz yırtıcı heyvandan uzaqlaşmaq üçün yollarını dəyişdiklərini və bundan sonra vəziyyətin daha da çıxılmaz hal aldığını bildirdi.​​​​​​

Əbdül Rzayev deyir ki, bu günlərdə həyatda qalmağımıza kömək edən ən böyük amillər çadır və ehtiyat qidamızın olması idi.