📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zaqatalada əkin sahələri sel suları altında qaldı: 25 min manatlıq ziyan dəydi

2025-05-20 11:45:01

Zaqatalada əkin sahələri sel suları altında qaldı: 25 min manatlıq ziyan dəydi

Zaqatala rayonunun Aşağı Çardaxlar kəndində əkin sahələri sel suları altında qalıb.

Son günlər yağan güclü leysan yağışları nəticəsində Alazan və Katexçayın daşması kənddə 100-dən çox sakinin 200 hektardan artıq əkin sahəsinin su altında qalmasına səbəb olub.

"Taxılı, yoncanı, hər şeyi su aparıb. Təxminən 20-25 min manatlıq ziyan görmüşəm. İki-üç ildən bir bu problem təkrarlanır. Biz bilirik ki, hansı yerləri bağlamaq lazımdır. Texnika göndərilsə, bu cür daşqınların qarşısını almaq olar", - deyə kənd sakini bildirib.

Ətraflı Baku TV-nin süjetində: