📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zaqatalada fərdi yaşayış evi yandı - FOTO

2025-02-15 22:30:34

Zaqatalada fərdi yaşayış evi yandı - FOTO

Zaqatalada fərdi yaşayış evi yanıb.

Hurriyyet.Az APA-ya istinadən xəbər verir ki, rayonun Əliabad qəsəbəsində, qəsəbə sakini Xədicə Nəzir qızı Musayevaya məxsus, ümumi sahəsi 70 kv/m olan kürsülü birmərtəbəli 2 otaqdan ibarət fərdi yaşayış evində yanğın baş verib.

Yanğının sündürülməsi üçün əraziyə Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb olunub.

Yanğın nəticəsində yaşayış olmayan evin yanar konstruksiyaları yanıb.

Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.