Zaqatalada partlayış: 18 yaşlı oğlan öldü
2024-03-16 15:55:58
Martın 16-da saat 14:30 radələrində Zaqatala rayonu ərazisində 2006-cı il təvəllüdlü Məhəmməd Kamal oğlu Ömərovun partlayıcı maddənin partlaması nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Hurriyyet.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin Şəki regional qrupu məlumat yayıb.
Faktla bağlı araşdırma aparılır.