📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zaqatalada yaşayış evi yandı

2026-03-15 09:50:46

Zaqatalada yaşayış evi yandı

Zaqatalada fərdi yaşayış evində yanğın hadisəsi baş verib.

“Unikal” xəbər verir ki, hadisə rayonun Qımır kəndində, kənd sakini 1989-cu il təvəllüdlü Mazanov Xoşbəxt Etibar oğluna məxsus yaşayış evində qeydə alınıb.

Hadisə yerinə Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb olunublar.

Yanğın zamanı ümumi sahəsi 450 kvadratmetr olan 2 mərtəbəli yaşayış evinin dam örtüyünün 225 kvadratmetr hissəsi yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hadisə nəticəsində xəsarət alan olmayıb.