📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zaqatalada zəlzələ oldu

2023-04-24 16:32:00

Zaqatalada zəlzələ oldu

Zaqatala rayonunda zəlzələ qeydə alınıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Zəlzələnin maqnitudası 3.7 olub.

Yeraltı təkan 10 km dərinlikdə baş verib.

Zəlzələ episentrə yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.