📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zaretska Avstriyada qızıl medal qazandı

2026-10-05 15:53:17

Zaretska Avstriyada qızıl medal qazandı

Azərbaycanın qadın karateçisi İrina Zaretska Avstriyanın Zalsburq şəhərində keçirilən Karate 1 - A Seriyası turnirində çempion olub.

Hurriyyet.net  xəbər verir ki, dünya və Avropa çempionumuz bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb.

Olimpiya medalçısı 68 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.