📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zaur Baxşəliyev də müğənniliyə başladı - VİDEO

2022-04-11 11:07:00

Zaur Baxşəliyev də müğənniliyə başladı - VİDEO

Teleaparıcı Zaur Baxşəliyev də mahnı oxumağa başlayıb.

Hurriyyet.az xəbər verir ki, o, "Dur gəl gedək" adlı mahnısını verilişində ifa edib. Mahnısı “YouTube”da  trendə çevrilib.

Aparıcı qeyd edib ki, mahnını 3 il əvvəl iranlı bəstəkar Afşin Azəridən alıb: 

"İranlı müğənni-bəstəkar Afşin pandemiyadan qabaq bu mahnını mənə vermişdi. Musiqisini və sözlərini o yazıb. Mahnı 3 ildir məndədir, amma oxumamışdım. Təxminən 5-6 gündür səsyazma studiyasında yazdırdıq. Dünən gecə “YouTube” kanalına yüklədikdən sonra artıq trendə çevrilib".

Sözügedən görüntüləri təqdim edirik: