📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zaur Əliyev federasiya prezidenti oldu

2025-01-18 14:04:01

Zaur Əliyev federasiya prezidenti oldu

Yanvarın 18-də Azərbaycan Üzgüçülük Federasiyası ümumi yığıncağı keçirilib.

Hurriyyet.az xəbər verir ki, yığıncaqda Azərbaycan Üzgüçülük Federasiyasının İcraiyyə Komitəsinin tərkibi yenidən təsdiq edilib.

Baş tutmuş səsvermənin nəticələrinə əsasən növbəti 4 il müddətinə Zaur Əliyev Azərbaycan Üzgüçülük Federasiyasının yeni prezidenti, Xaliq İldırımzadə, Dəyanət Sədullayev və Ümid Abuzərli vitse-prezidentlər, Şamil Əbdürrəhmanov, Eldar Abbasov, Ruslan Ələkbərov, Azər Babayev və Mark Koqanov isə İcraiyyə Komitəsinin üzvləri seçiliblər.

Qeyd edək ki, Zaur Əliyev İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri vəzifəsində çalışır.

Axar.az