📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zaxarova: ABŞ-a cavab tədbirləri hazırlanır

2024-09-16 14:48:57

Zaxarova: ABŞ-a cavab tədbirləri hazırlanır

Rusiya ABŞ hakimiyyətinin Rusiya mediasına məhdudiyyətlərinə cavab olaraq tədbirlər hazırlayır.

Hurriyyet.az xəbər verir ki, bunu Birinci Kanalın efirində Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Rusiya hakimiyyəti reaksiya verir, siyasi qiymətləndirmələr aparılıb. Cavab tədbirlərinə gəlincə, onlar hazırlanacaq”, - o bildirib.