Zaxarova Arutyunyanla bağlı suala: “Belə bir vəzifə tanımıram” , – deyə cavab verdi
2023-07-06 19:00:00
Hurriyyet.az xəbər verir ki, RF XİN təmsilçisi Mariya Zaxarova Xankəndindəki separatçıların başçısı Arayik Arutyunyanın çərənləmələrinə şərh verməkdən imtina edib.
Erməni jurnalistlər ondan qondarma “Artsax prezidenti” Arayik Arutyunyanın “üç yaşayış məntəqəsinin Azərbaycanın nəzarətinə qaytarılması Azərbaycanın hərbi əməliyyat aparmasına yol verilməməsi üçün Rusiya tərəfininn təklifi ilə həyata keçirilib” açıqlaması ilə bağlı sualına cavab olaraq deyib: “Mən barəsində danışdığınız bəyanatlarla və adını çəkdiyiniz vəzifələrlə tanış deyiləm və buna görə də onlar barəsində şərh verməyəcəyəm”.
Hürr Tərcüman