Zaxarova Baydenin bəyanatına təəccübləndi: “İŞİD-in harada olduğunu bilirmişlər”
2021-08-27 15:38:00
Hurriyyet.az xəbər verir ki, Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova Baydenin Kabuldakı partlayışla bağlı açıqlaması haqqında fikrini yazıb.
Bəlli olduğu kimi, ABŞ Prezidenti Cozef Bayden Kabul aeroportundakı partlayışlardan sonra İŞİD terrorçularının liderlərinin və obyektlərinin olduğu məntəqələrə zərbələr endirmək əmri verdiyini bəyan edib.
Zaxarova öz “Teleqram” kanalında yazıb: “Deməli, ABŞ İŞİD-in liderlərinin və obyektlərinin harada yerləşdiyindən xəbərdar imiş?!”
Xatırladaq ki, dünən Kabul aeroportunun binasının qarşısında ard-arda baş derən partlayışlar nəticəsində 100 nəfərdən artıq insan həlak olub. Bu terror aktlarına görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.