📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zaxarova brifinqdə ağladı - Video

2025-03-13 23:50:36

Zaxarova brifinqdə ağladı - Video

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova brifinq zamanı müharibədə yaralanan və öldürülən uşaqların sayını açıqlayan zaman göz yaşlarını saxlaya bilməyib.

Bu barədə “Smotri” Teleqram kanalı məlumat yayıb.

“Belqorod vilayətində 88 uşaq yaralanıb, Kursk vilayətində 12 uşaq ölüb, 4 uşaq yaralanıb. Bunlar Kiyev rejiminin məzar daşına çevriləcək statistikadır”, - Zaxarova bildirib.

XİN rəsmisi Ukrayna ilə 2014-cü ildən bu yana baş verən münaqişədə 1700 uşağın öldüyünü iddia edib.

 

Axar.Az