Zaxarova: "Bu fikir Bononun İrəvana səfərindən dərhal sonra səsləndirildi"
2024-01-12 16:03:02
Hurriyyet.az xəbər verir ki, Moskva İrəvanın Bakı ilə sülh razılaşmasında resresslə bağlı bəyanatı ilə ABŞ Dövlət katibinin Qafqazda danışıqlar üzrə müşaviri Luis Bononun Ermənistana səfəri arasında əlaqə olmasını istisna eləmir. Bu sözləri RF XİN rəsmi təmsilçisi Mariya Zaxarova həftəlik brifinqdə çıxışı zamanı söyləyib: "Həqiqətən də Amerika elçisinin İrəvana səfərindən dərhal sonra belə nəticəyə gəlinməsi arasında hansısa bir əlaqə olması mümkün görünür. Lakin bu sual artıq Ermənistana aiddir".
Hürr Tərcüman