📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zaxarova erməni deputatların Qarabağa buraxılmamasından danışdı

2022-04-14 16:33:00

Zaxarova erməni deputatların Qarabağa buraxılmamasından danışdı

"Rusiya sülhməramlı kontingenti (RSK) ciddi şəkildə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli Bəyanatının müddəalarına uyğun fəaliyyət göstərir. Erməni deputatların Qarabağa səfəri əvvəlcədən RSK komandanlığı ilə razılaşdırılmayıb".

Hurriyyet.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

O, Ermənistan parlamentarilərinin Laçın dəhlizindəki postdan qaytarılması faktını şərh edib:

“Hesab edirik ki, Rusiya sülhməramlılarının 9 noyabr 2020-ci il tarixli Bəyanatın müddəalarına zidd olduğu iddia edilən hərəkətləri barədə deyilənlər doğru deyil. İstər RSK-nın məsuliyyət zonasında, istərsə də Ermənistan-Azərbaycan sərhədinin müəyyən hissələrində baş vermiş insidentləri nəzərə alaraq, hər iki tərəfin regionda vəziyyəti daha da gərginləşdirə biləcək addımlardan çəkinəcəyini gözləyirik”.