Zaxarova Ermənistana 10 milyon avroluq hərbi yardımdan danışıb
Hurriyyet.az xəbər verir ki, RF XİN-in rəsmi təmsilçisi Mariya Zaxarova Avropa İttifaqının Ermənistana hərbi yardım ayırmasından danışarkən Avropa Sülh Fondunun əslində müharibə fondu olduğunu söyləyib.
Zaxarova bu günkü brifinqdəki çıxışında Aİ-nin Ermənistana 10 milyon avro göndərmək planının arxasında geosiyasi maraqların durduğunu, Qərbin öz destruktiv təsirini Cənubi Qafqaz bölgəsinə yaymağa çalışdığını deyib: "Xəritədə bir qaynar nöqtə bölgəsinin azalmasına kollektiv Qərb necə dözə bilər!? Avropa sülh fondu isə - nə sülh, nə sabitlik, nə də təhlükəsizlik üçündür. Bu fond müharibə, ölkələri təhrik eləmək, qan tökülməsi üçündür. "Parçala, hökm sür, itələ, tapdala" prinsipi əsasında hərəkət edən Qərbin belə addımlarının, Cənubi Qafqazı silahla doldurmasının nəticəsi regionun təhlükəsizliyi və sabitliyi üçün heç də yaxşı görünmür. Avropa İttifaqı sülh təməlini itirib və sülh potensialına malik deyil".
Hürr Tərcüman