📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zaxarova Ermənistana XƏBƏRDARLIQ ETDİ

2026-04-24 19:46:06

Zaxarova Ermənistana XƏBƏRDARLIQ ETDİ

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Avropa İttifaqının Ermənistandakı yeni missiyası ilə bağlı Moskvanın narahatlığını ifadə edib.

Musavat.com xəbər verir ki, o, bu missiyanın regiondakı geosiyasi balanssızlığa xidmət etdiyini vurğulayıb.

"Biz ümid edirik ki, erməni müttəfiqlərimiz və dostlarımız bu yeni missiyanın daxili işlərə müdaxilə vasitəsinə çevrilməsinə imkan verməyəcəklər.

Eyni zamanda İrəvanın Qərbin geosiyasi oyunlarına cəlb olunaraq ölkəmizlə dostluq əlaqələrinin pozulmasına və Brüsselin anti-Rusiya siyasətinə qoşulmasına şərait yaratmayacaqlar", - deyə Rusiya XİN rəsmisi bildirib.

Zaxarova həmçinin əlavə edib ki, Aİ ölkələri Ermənistanı öz "forpostuna" çevirməyə çalışırlar, lakin rəsmi İrəvan "Brüsseldən real kömək gözləməməlidir".

Onun sözlərinə görə, bütün bunlar İrəvanın üçüncü ölkələrin maraqları üçün sövdələşmə vasitəsi kimi xidmət etməməklə bağlı rəsmi siyasətinə tamamilə ziddir.