Zaxarova: "İrəvan artıq neçənci dəfədir ki..."
2024-02-28 16:50:45
Hurriyyet.az xəbər verir ki, RF XİN-in rəsmi təmsilçisi Mariya Zaxarova rusiyalı hərbçilərin "Zvartnots" aeroportundan çıxarılması ilə bağlı İrəvanın Moskvaya müraciət eləmədiyini bildirib.
Zaxarova deyib: "Biz bunu rəsmi İrəvanın təmsilçilərinin qeyri-dost davranışının növbəti namunəsi kimi nəzərdən keçiririk. Düzdür, parlament spikerinin qaldırdığı məsələdən nə qədər xəbərdar olduğu tam aydın deyil. Biz Ermənistan hakimiyyətindən bununla bağlı heç bir müraciət almamışıq".
Xəbər verdiyimiz kimi, Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə açıqlamasında Rusiya sərhədçilərinin "Zvartnots" aeroportundan çıxarılmasının düzgün qərar olacağını bildirmişdi.
Hürr Tərcüman