📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zaxarova İstanbulda əldə olunmuş daha bir razılaşmanı açıqladı

2025-05-28 22:30:31

Zaxarova İstanbulda əldə olunmuş daha bir razılaşmanı açıqladı

Rusiya və Ukrayna İstanbulda sənədləri birbaşa mübadilə etmək və onları növbəti danışıqlar raundunda müzakirə etmək barədə razılığa gəliblər.

Hurriyyet.Az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

O həmçinin qeyd edib ki, memorandum layihələrinin mübadiləsində ABŞ və ya digər ölkələrin vasitəçiliyi ilə bağlı heç bir razılaşma yoxdur.