📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zaxarova: "London, Kiyev və Vaşinqton Nikulin, Vitsin və Morqunova bənzəyir"

2022-02-07 16:00:00

Zaxarova:

Hurriyyet.az “RİA Novosti” informasiya agentliyinə istinadla xəbər verir ki, Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Mariya Zaxarova Ukrayna, Böyük Britaniya və ABŞ dövlətlərinin rəhbərlərini “Qafqaz əsiri” filminin qəhrəmanları olan Qorxaq (Georgi Vitsin), Axmaq (Yuri Nikulin) və Çoxbilmişə (Yevgeni Morqunov) bənzədib.

Zaxarova deyib: “Rejissor Qaydayın “Qafqaz əsiri” filmindəki kadr yadınızdadırmı? Orada üç qəhrəman var, Qorxaq, Axmaq və Çoxbilmiş. Bax məndə elə təəssürat yaranır ki, Kiyev rejimi məhz ortada qalandır, bir tərəfdən Vaşinton, o biri tərəfdən London onun əllərindən yapışıblar”.

Zaxarova Rusiya hərbçilərinin Ukrayna ilə sərhədə toplaşması barəsindəki məlumatı belə açıqlayıb: “Onlar harada lazımdırsa, oradadırlar, öz evlərindədirlər”.

Hürr Tərcüman