📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zaxarova Makronu Bakının mövqeyi ilə hesablaşmağa çağırdı - Moskvadan Parisə "Dublyorluq eləməyin!" mesajı

2023-08-30 17:56:48

Zaxarova Makronu Bakının mövqeyi ilə hesablaşmağa çağırdı - Moskvadan Parisə

Hurriyyet.az xəbər verir ki, Rusiya XİN mətbuat təmsilçisi Mariya Zaxarova brifinq zamanı Makronun açıqlamasını şərh edərkən Moskvanın RF-nin Ermənistanla Azərbaycan arasında münasibətləri normallaşdırmaq səylərinə dublyorluq etməyən, bu səylərə çarpaz və zidd olmayan istənilən təşəbbüsləri alqışladığını deyib.

Zaxarova deyib: “Digər tərəfdən Fransanın bu istiqamətdəki fəallığı yaxşı bəllidir. Bu cür vasitəçilik səyləri çərçivəsində hər iki tərəfin – həm Ermənistanın, həm də Azərbaycanın mövqelərini nəzərə almaq lazımdır. Bunsuz vəziyyətdə hansısa irəliləyiş olacağına ümid bəsləmək olmaz. Onsuz da vəziyyət yetərincə gərgindir”.

Hürr Tərcüman