📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zaxarova: Moskva Paşinyana cavab hazırlayır

2023-09-25 15:08:00

Zaxarova: Moskva Paşinyana cavab hazırlayır

Moskva yaxın vaxtlarda Ermənistan rəhbərliyinin ikitərəfli münasibətlərə xələl gətirən bir neçə bəyanatı ilə bağlı açıqlama verəcək.

Hurriyyet.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Əlbəttə ki, Moskva ilk növbədə reallığa uyğun gəlməyən bir sıra məqamlara diqqətini yönəldir: Ermənistanın Baş naziri Paşinyan və İrəvanın tərəfindən ikitərəfli münasibətlərin inkişafına zidd və əks bəyanatlara. Buna ətraflı cavab yaxın gələcəkdə veriləcək, bir neçə dəqiqə ərzində Rusiya Xarici İşlər Nazirliyinin müvafiq bəyanatı dərc olunacaq”, - o bildirib./axar.az/