Zaxarova ona bağışlanmış "Xarıbülbül" nişanından danışdı
Hurriyyet.az xəbər verir ki, RF XİN rəsmi təmsilçisi Mariya Zaxarova Soçidə keçirilən Emumdünya Gənclər və Tələbələr Festivalında ona hədiyyə edilmiş "Xarıbülbül" nişanı ilə bağlı açıqlama verib.
Bu gün keçirilən brifinqdə TASS informasiya agentliyinin Qarabağın azad edilməsinin rəmzi sayılan həmin nişanla bağlı sualının cavabında Zaxarova həmin hədiyyə ətrafındakı ajiotajın növbəti şişirtmə olduğunu söyləyib.
Zaxarova deyib: "Həmin festivalda olmayanlar çox güman ki, bütün tədbir iştirakçılarının özləri ilə hədiyyələr gətirdiyini bilmirlər. Fələstinlilər, argentinalılar, çinlilər və başqaları öz rəmzləri olan hədiyyələr, suvenirlər gətiriblər. Bunu siyasiləşdirmək lazım deyil. İnsanlar özləri üçün mühüm olanlar barəsində danışırlar. Adamların onlar üçün mühüm olan simvolların həkk edildiyi hədiyyələr bağışlaması, öz hekayələrini həmin hədiyyələr vasitəsilə danışması tamamilə normaldır".
Zaxarova təxribatlara uymamağı məsləhət görüb: "Təxribatlar həmişə olub və olacaq. Onlara fikir vermək lazım deyil. Ən əsası, hər şeydə pozitivlik axtarmaq lazımdır".
Hürr Tərcüman