📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zaxarova Paşinyanın çıxışını tənqid etdi – Rusiya Avropanın bölgəyə daxil olmasından narazıdır

2023-02-10 19:36:00

Zaxarova Paşinyanın çıxışını tənqid etdi – Rusiya Avropanın bölgəyə daxil olmasından narazıdır

Xankəndində rusiyalı sülhməramlılar var, Ermənistan sərhədlərini Rusiya əsgərləri qoruyur, Paşinyan isə Avropadan missiya gətirir - çoxsahibli ermənilər

Hurriyyet.az xəbər verir ki, RF XİN-in rəsmi təmsilçisi Mariya Zaxarova Ermənistanın Baş naziri Nikol Paşinyanın Avropa İttifaqının müşahidə missiyası barəsindəki bəyanatını tənqid edib və Brüsselin bölgədəki təhlükəsizlik sistemini dəyişmək məqsədi güddüyünü deyib: “Bu cür açıqlamalar Avropa İttifaqını regiona cəlb etmələrini əsaslandırmaq cəhdidirsə,bu cəhdi uğurlu hesab eləmək çətindir”.

Zaxarovanın sözlərinə görə, rusiyalı sülhməramlılar Qarabağda sülhü təmin edirlər, Rusiya sərhədçiləri Ermənistan ərazisində, o cümlədən Azərbaycanla sərhəddə xidmət edirlər. Bununla yanaşı, Moskva heç vaxt bu məsələ ilə bağlı Bakıdan iddia, narahatlıq açıqlaması eşitməyib, eyni zamanda Azərbaycanın Aİ-nin Ermənistana müşahidə missiyası göndərmək qərarına tənqidi yanaşdığından xəbərdardır.

Zaxarovanın sözlərinə görə, Moskva Cənubi Qafqazda sabitliyi dəstəkləmək tədbirlərini təkmilləşdirmək məsələsində erməni tərəfdaşları ilə dialoqa açıqdır. Bu dialoq həm ikitərəfli, KTMT çərçivəsində müvafiq fəaliyyətlər də daxil olmaqla, çoxtərəfli formatlarda ola bilər.

Hürr Tərcüman