📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zaxarova: "Paşinyanın iddiası əsassızdır"

2024-02-28 17:06:03

Zaxarova:

Hurriyyet.az xəbər verir ki, RF XİN mətbuat təmsilçisi Mariya Zaxarova Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya tərəfindən respublikada dövlət çevrilişi etmək çağırışları barəsində açıqlamasının heç bir əsası olmadığını bildirib.
Zaxarova bu gün keçirilən birifinqdə deyib: "Ermənistanın Baş nazirinin iddialarının heç bir əsası yoxdur. Rusiyanın rəsmi şəxsləri harada olursa-olsun, qanuni şəkildə seçilmiş hakimiyyətin devrilməsi ilə bağlı heç bir işarəyə belə yol verməyiblər".
Hürr Tərcüman