Zaxarova: “Rusiya Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsindən ciddi narahatdır”
2022-01-13 20:58:00
Rusiya Xarici İşlər Nazirliyi Azərbaycanın dövlət sərhədinin Kəlbəcər istiqamətindəki gərginləşmə ilə bağlı açıqlama yayıb.
Bu barədə Rusiya XİN-in sözüçü Mariya Zaxarova məlumat verib.
“Rusiya Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsindən ciddi narahatdır və tərəfləri münaqişənin hərbi yolla həllindən çəkinməyə çağırır”, - sözçü bildirib. \\Margin.az