Zaxarova: "Rusiya UNESCO-nun missiyasının regiona qısa zamanda təşkil olunmasının tərəfdarıdır"
2022-02-09 21:05:00
“Bakı və İrəvanla müntəzəm təmaslarımız zamanı mədəni-tarixi irsin qorunub saxlanılması mövzusu müzakirə olunur”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə deyib.
“Biz regiona UNESCO-nun missiyasının qısa zamanda təşkilinin tərəfdarıyıq”, - Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib. \\Report