Zaxarova Ukraynadakı Rusiya diplomatları barəsində xəbəri təsdiqlədi
2022-02-12 14:05:00
Hurriyyet.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova Rusiyanın Ukraynadakı diplomatik missiyasını ixtisar elədiyi barədə xəbəri təsdiqləyib. Bununla belə, səfirlik ilə konsulluqlar ştat rejimində işləməyə davam edirlər.
Rusiyanın Kiyevdəki səfirliyi də heyətdə “optimallaşdırma” apardığını bəyan edib.
Xəbər verdiyimiz kimi, bu səhər Rusiyanın “RİA Novosti” informasiya agentliyi anonim mənbəyə əsaslandırdığı məlumatında rusiyalı diplomatların Ukraynanı tərk eləməyə başladıqlarını bildirmişdi.
Hürr Tərcüman