📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zaxarova Ursula von der Leyenin açıqlamasına cavab verdi

2023-01-18 09:20:00

Zaxarova Ursula von der Leyenin açıqlamasına cavab verdi

Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova Avropa Komissiyasının rəhbəri Ursula von der Leyenin Ukraynaya istənilən silahın göndərilməsini təklif etməsinə münasibət bildirib.

Hurriyyet.az xəbər verir ki, Zaxarova bu barədə öz rəsmi teleqram kanalında paylaşım edib.

“Von der Leyen Ukraynaya ölkənin istifadə edə biləcəyi istənilən silahı verməyə çağırış edib. Nüvə, yoxsa necə?”, - deyə Zaxarova qeyd edib.

Qeyd edək ki, Ursula von der Leyen “CNN” telekanalına müsahibəsində bildirib ki, Ukrayna ona lazım olan və onun Silahlı Qüvvələrinin istifadə edə biləcəyi bütün hərbi imkanları əldə etməlidir. Leyen hesab edir ki, yanvarın 20-si Ukrayna ilə bağlı qrupun görüşündə belə bir qərar veriləcək. (qafqazinfo)