📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zaxarova Zurabişviliyə: "Fransa vətəndaşına xatırladıram ki, Gürcüstan Fransadan qədimdir"

2024-10-28 11:30:22

Zaxarova Zurabişviliyə:

Hurriyyet.az xəbər verir ki, RF XİN-in mətbuat katibi Mariya Zaxarova Gürcüstan Prezidenti Salome Zurabişvilinin parlament seçkilərinin nəticələrini tanımadığı barəsində bəyanatını şərh edərkən ona sual verib: "Gürcüstanın öz gələcəyinin Avropanın gələcəyindən nəyi pisdir ki?"
Zurabişvili "seçkilərin nəticələrinin tanınmasının Gürcüstanın Rusiyaya tabe olması demək olduğunu və Gürcüstanın Avropa gələcəyinə heç kimin əngəl ola bilməyəcəyini" söyləmişdi. Zaxarova bu sözlərin qarşılığında öz "Teleqram" kanalında yazıb: "Fransa vətəndaşına xatırladım ki, Gürcüstan Fransadan daha qədimdir".
Aİ və ABŞ tərəfindən tənqiddən bəhs edən Zaxarova qeyd edib ki, Zurabişvilinin əmisi qızı, Fransa siyasətçisi, Aİ-nin Maastrix müqaviləsinin müəlliflərindən biri və Rusiyanın dostu Helen Karrer D’Ankoss son nəticədə Avropa İttifaqına məyusluqla yanaşmışdı.
Hürr Tərcüman