📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zəfər günü Bakıda konsert olunacaq

2026-10-31 19:14:57

Zəfər günü Bakıda konsert olunacaq

Noyabrın 8-də Bakıda Zəfər Günü münasibətilə bayram konserti keçiriləcək.

Modern.az xəbər verir ki, Heydər Əliyev Fondunun və Bakı Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutacaq konsert Bakıda Dənizkənarı Milli Parkda, “Saat qülləsi”nin yanında olacaq.

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun düşmən üzərində qazandığı Qələbənin altıncı ildönümünə həsr olunan bayram konsertində Azərbaycanın tanınmış incəsənət ustaları – müğənnilər və rəqs kollektivləri iştirak edəcəklər.

Gecəyə atəşfəşanlıqla yekun vurulacaq.

1559459