"Zəfər günü"ndə hərbi parad olacaq? - MN-dən AÇIQLAMA
2021-10-27 16:25:00
Azərbaycanda 8 noyabr "Zəfər günü"nə sayılı günlər qalıb. Sosial şəbəkələrdə "Zəfər günü"nün ilk ildönümündə hərbi paradın keçirilib-keçirilməyəcəyi ilə bağlı suallar yaranır.
Hurriyyet.az Unikal.org-a istinadən xəbər verir ki, məsələ ilə bağlı Müdafiə nazirliyinin mətbuat xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov açıqlama verib:
"Bakıda hərbi parad olmayacaq. Şuşada isə hərbi paradın keçirilib-keçirilməyəcəyi hələ ki, dəqiq deyil. Amma "Zəfər günü" ilə bağlı tədbirlərimiz olacaq".