📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zelenski: 2023-cü il həlledici olmalıdır

2022-12-28 11:03:00

Zelenski: 2023-cü il həlledici olmalıdır

Prezident Zelenski bildirib ki, ölkədəki güc strukturlarının gələn ilə gərgin hazırlığı gedir. Onun sözlərinə görə, gələn il həlledici olmalıdır.
"Bu il həlledici olmalıdır. Başa düşürük ki, bu qış hansı risklər gözlənilir, anlayırıq ki, yaz dönəmində nələr etməliyik və deməli, təhlükəsizlik və silahlı qüvvələr strukturlarının bütün sektorunu nümayiş etdirməyin hansı nəticələr verə biləcəyini də anlayırıq", deyə Zelenski ünvanladığı müraciətdə bildirib.
Prezident həmçinin deyib ki, bu həftə siyasi nöqteyi-nəzərdən çox vacib olacaq.  

Ülviyyə, Hurriyyet.az