📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zelenski ABŞ-dan Böyük Britaniyaya uçdu

2025-03-01 12:10:55

Zelenski ABŞ-dan Böyük Britaniyaya uçdu

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-dan Böyük Britaniyaya uçub.

Hurriyyet.az xəbər verir ki, onun təyyarəsi Amerikanın Endrüs aviabazasından Londonun Stansted aeroportuna yola düşüb.

Ağ Evdə uğursuz danışıqlardan sonra Böyük Britaniyanın Baş naziri Kir Starmer ABŞ və Ukrayna liderləri ilə telefon danışıqları aparıb.

Martın 2-də Londonda Zelenskinin iştirakı ilə Avropa liderlərinin görüşü keçiriləcək.

Görüşdə Avropanın Ukraynaya hansı zəmanətləri verə biləcəyi müzakirə ediləcək.

Axar.az