📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zelenski ABŞ-dan uzaq mənzilli ATACMS raketləri istəyib

2023-12-13 12:27:57

Zelenski ABŞ-dan uzaq mənzilli ATACMS raketləri istəyib

Hurriyyet.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-dan Kiyevə ATACMS (ingiliscə “Army TACtical Missile System” – “taktiki ordu raket sistemi” ) uzaq mənzilli raketlər verməsini xahiş edib. Bu barədə “Politiko” nəşri məlumat verib.

Nəşrə informasiya verən mənbənin məlumatına görə, Ukrayna Prezidenti ABŞ-ın Nümayəndələr Palatasının spikeri Maykl Consonla Vaşinqtondakı görüşü zamanı bu raketlərin ölkəsinə verilməsini istəyib.

Xəbərdə qeyd edilir ki, ABŞ Kiyevə yaxın mənzilli ATACMS raketləri verib. Milli təhlükəsizlik məsələləri ilə məşğul olan respublikaçılar isə ABŞ Prezidenti Cozef Baydeni uzaq mənzilli raketlər göndərməyə çağırıblar. Buna səbəb olaraq, Ukrayna Silahlı Qüvvələrinin uzad məsafədəki hədəfləri vurmasının gərək olduğu göstərilir.

Hürr Tərcüman