Zelenski açıq danışdı: “Biz əsirləri bibaşa döyüş meydanında...”
Ukrayna və Rusiya arasında hərbi əsirlərin mübadiləsi davam edir.
Hurriyyet.Az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski “Associated Press”-ə müsahibəsində deyib. O bildirib ki, əsirlərin dəyişdirilməsi çox vaxt birbaşa döyüş meydanında baş verir.
Onun sözlərinə görə, Ukrayna bununla bağlı öhdəliklərini yerinə yetirir, məhbus mübadiləsi davam edir.
“Biz əsirləri dəyişirik. Biz mübadilə fondumuzu doldururuq, sonra mübadilə baş verir. Çox vaxt biz hərbi əsirləri o qədər də açıq şəkildə dəyişdirmirik. Düzünü deyim, biz onları birbaşa döyüş meydanında dəyişirik.
Bizdə onların 10 əsiri, onlarda isə bizim bir neçə adamımız olduqda, biz onları dəyişirik. Bütün bunlarla bağlı komandirlərin göstərişləri var və onlar nə etməli olduqlarını bilirlər”, - deyə Zelenski bildirib.
Ukrayna Prezidenti bildirib ki, son altı ayda Ukrayna 100-ə yaxın hərbi qulluqçusunu əsirlikdən geri qaytara bilib.
Zelenski əlavə edib ki, daha bir neçə min ukraynalı döyüşçü əsirlikdədir. \\Cebhe.info