📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zelenski açıqladı: Türkiyə himayədarlıq etməyə hazırdır!

2022-08-19 09:25:00

Zelenski açıqladı: Türkiyə himayədarlıq etməyə hazırdır!

Türkiyə Xarkov şəhəri və Xarkov vilayətinin bərpasına himayədarlıq etməyə hazırdır.

Hurriyyet.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski videomüraciətində deyib.

“Xarkov və Xarkov vilayətinin bərpasına himayədarlıq etməyə hazır olduğuna görə, Türkiyəyə təşəkkür edirəm. Bu, həqiqətən qüdrətli ölkə üçün missiyadır. Bu gün ilk addım atılıb - infrastrukturla bağlı saziş imzalanıb", - deyə dövlət başçısı bildirib.