Zelenski atəşkəsə hazırdır
Hurriyyet.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski ilk dəfə olaraq, mövcud cəbhə xətti boyunca atəşkəsə razı olduğuna işarə verib.
İtaliyanın "Corriere della Sera" nəşrinin məlumatına görə, Zelenski bunun qarşılığında ABŞ-dan "amerikalıların Yaponiyaya, Cənubi Koreyaya və Filippinə verdikləri təminata bənzər" təhlükəsizlik təminatı tələb edir.
Zelenski bu gün və sabahkı səfər planına daxil olan Roma, Paris və Berlindən Ukraynanın tez bir zamanda Avropa ittifaqına daxil olmasına təminat alacağına ümid edir. Zelenski ötən gün əvvəl belə yazmışdı: “Oktyabr, noyabr və dekabr aylarında vəziyyəti sülhə və davamlı sabitliyə doğru irəlilətmək üçün real şansımız var. Cəbhədəki vəziyyət müharibəni 2025-ci ildən gec olmayaraq bitirmək üçün qəti addımlar atmaq imkanı verir”.
Hürr Tərcüman