📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zelenski Avropa parlamentində çıxış etdi - Video

2023-02-09 15:27:00

Zelenski Avropa parlamentində çıxış etdi - Video

Brüsseldə səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski Avropa parlamentində çıxış edib.

Hurriyyet.az xəbər verir ki, Zelenski çıxışı zamanı Ukraynaya və ukraynalı qaçqınlara göstərilən dəstəyə və köməyə görə təşəkkür edib. 

“Avropa! Biz müasir dünyanın ən böyük anti-Avropa qüvvəsinə qarşı müdafiə olunuruq. Biz ukraynalılar döyüş meydanında sizinlə birgə qorunuruq”, - deyə Zelenski qeyd edib. 

Ukrayna lideri öz çıxışını “Yaşasın hazırda döyüşdə olan bütün ukraynalılar. Yaşasın Ukrayna!” sözləri ilə bitirib.

qafqazinfo.az