📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zelenski Avropanı arbitrajla təhdid etdi

2023-09-07 12:58:50

Zelenski Avropanı arbitrajla təhdid etdi

Hurriyyet.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski Avropa İttifaqının Ukrayna taxılına qadağanı uzadacağı təqdirdə Kiyevin Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət edəcəyini bildirib.

Zelenski deyib: “Ukrayna bizim taxılımızın ixracına bundan sonra qoyulacaq bütün qadağalara qarşıdır! Biz bizə verilən vədlərin pozulmasını, assosiasiya barəsində razılaşmanın pozulmasını, azad bazar şərtlərinin pozulmasını sakitcə qəbul etməyəcəyik... Əgər Ukrayna uğrunda və bizim ümumi Avropamızın əsasları uğrunda mübarizə aparmaq lazım gələrsə, biz arbitrajlarda da müzakirə aparacağıq. Hərçənd, bunu istəmirik”.

Hürr Tərcüman