Zelenski azərbaycanlı döyüşçünü ölümündən sonra mükafatlandırıb
2023-10-09 12:34:51
Hurriyyet.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski milliyyətcə azərbaycanlı olan döyüşçü Novruzov Elvin İlqar oğlunu ölümündən sonra “Cəsarətinə görə” ordeni ilə təltif edib. Novruzovun ailəsi əslən Azərbaycanın Biləsuvar rayonundandır. Onun özü isə Ukraynanın Kaluşe şəhərində anadan olub və Ukrayna Silahlı Qüvvələrində xidmət edib. Elvin Novruzov Ukraynada müharibənin ilk günlərindən orduda vuruşub və bu ilin əvvəlində Baxmut ətrafındakı döyüşlərdə qəhrəmancasına həlak olub.
Hürr Tərcüman