📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zelenski azərbaycanlı idmançını mükafatlandırıb

2024-08-25 00:26:54

Zelenski azərbaycanlı idmançını mükafatlandırıb

Ukrayna Prezidenti Volodimir Zelenski azərbaycanlı idmançı, Ukraynanı Paris Yay Olimpiya oyunlarında yunan-roma güləşi üzrə təmsil edən və gümüş medal qazanan Pərviz Nəsibovu orden ilə təltif edib.

Hurriyyet.Az xəbər verir ki, Pərviz Nəsibov 2-ci dərəcəli "Xidmətə görə" («За заслуги») ordeni ilə təltif olunub.

Qeyd edək ki, həmyerlimiz Ukraynanı bundan əvvəl də Tokio Yay Olimpiya oyunlarında təmsil edərək 2-ci yer tutub.\\Report