📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zelenski: Bağışlayın, hər şey çox çətindir

2022-03-16 11:04:00

Zelenski: Bağışlayın, hər şey çox çətindir

Ümid edirəm ki, İzyumdan təxliyə bu gün başlayacaq, lakin Mariupolda hər şey çox çətindir.

Hurriyyet.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Feysbuk səhifəsində yayımladığı videomüraciətində deyib.

“Ümid edirəm ki, bu gün Xarkov vilayətinin İzyum şəhərindən insanların çoxdan gözlənilən xilası baş tutacaq. Humanitar dəhliz razılaşdırılıb. Son sutka ərzində Sum, Xarkov və Donetsk vilayətlərində 28 min 893 ukraynalı döyüş bölgələrindən təxliyə edilib. Onlardan 20 mini Mariupolu tərk edə bilib. Onlar hələ ki, şəhəri öz nəqliyyatları ilə tərk edirlər. Çox çətin vəziyyət var. Biz sizin üçün mübarizə aparırıq. Bağışlayın, hər şey çox çətindir”,- Vladimir Zelenski bildirib.