Zelenski Baydeni Ukraynaya dəvət etdi: “Münaqişənin alovlanmasının qarşısını alacaq”
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenki ABŞ Prezidenti Cozef Baydeni Kiyevə dəvət edib. Zelenski Baydenin yaxın günlərdə Ukraynaya səfər edəcəyi təqdirdə, Rusiya ilə yaranmış böhranlı vəziyyətin gərginliyinin azalacağına ümid elədiyini bildirib. Bəlli olduğu kimi, dünən iki ölkənin dövlət başçıları telefonla danışıblar.
Ukrayna Prezidenti deyib: “Əminəm ki, yaxın günlərdə sizin Kiyevə səfər etməyiniz vəziyyətin sabitləşməsi üçün həlledici təsir göstərəcək, güclü siqnal olacaq və eskalasiyanın qarşısını alacaq”.
Zelenski Baydeni əmin edib ki, Ukrayna paytaxtı ilə ölkənin iri şəhərləri təhlükəsizlikdədirlər: “Ukraynaya yönəlmiş istənilən eskalasiyanın qarşısını alacağıq. Ukraynanın paytaxtı Kiyev, dövlətimizin digər şəhərləri – Xarkov, Lvov, Dnepr, Odessa – təhlükəsizlikdədirlər və etibarlı şəkildə müdafiə olunurlar”.
Zelenski qeyd edib ki, “Ukrayna tərəfi bürün riskləri başa düşür və vəziyyətin istənilən şəkildə inkişafına hazırdır”.
Hürr Tərcüman