📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zelenski Baydenlə danışdı

2022-06-16 09:00:00

Zelenski Baydenlə danışdı

Ukrayna Prezidenti Vladimir Zelenski ilə ABŞ Prezidenti Co Bayden arasında telefon danışığı olub.

Hurriyyet.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi məlumat yayıb.

Zelenski telefon danışığında ABŞ-ın əlavə 1 milyard dollarlıq yardım paketi verməsinin vacibliyini və yerində olduğunu qeyd edib:

“ABŞ-ın təhlükəsizlik dəstəyi misilsizdir. Bu, bizi rus təcavüzkarı üzərində ümumi qələbəyə yaxınlaşdırır”.

Söhbət zamanı Zelenski cəbhə xəttində baş verən son hadisələr barədə məlumat verib və Rusiya təcavüzünə effektiv müqavimət göstərmək üçün Silahlı Qüvvələrin təcili ehtiyacları barədə danışıb.