📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zelenski beynəlxalq ictimaiyyəti Üçüncü Dünya müharibəsinə yol verməməyə ÇAĞIRDI

2022-03-17 14:01:00

Zelenski beynəlxalq ictimaiyyəti Üçüncü Dünya müharibəsinə yol verməməyə ÇAĞIRDI

“İnsanlarımızın qida, su, elektriklə təminatında ciddi problemlər var”.

Hurriyyet.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Almaniya parlamentində çıxışı zamanı deyib.

“Ruslar uşaqlar, qadınlar və qocalar da daxil olmaqla hər kəsi hədəf alırlar. Humanitar yardımların ərazilərə daxil olmasına, bizim vətəndaşlarımızı qorumağımıza imkan vermirlər”, - dövlət başçısı vurğulayıb.

O, beynəlxalq ictimaiyyətə müraciət edərək Üçüncü Dünya müharibəsinə yol verməməyə çağırıb: “Növbəti dünya müharibəsinə icazə verilməməlidir. Biz başqa bir ölkənin itaətində olmaq istəmirik”, - o bildirib.